29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Serbiya və Macarıstan qaz ticarəti sahəsində saziş imzalayıb

20.06.2023

Serbiya və Macarıstan qaz ticarəti üçün "Serbhungas” birgə müəssisəsinin yaradılması haqqında saziş imzalayıblar.

"DM”-nın xarici mətbuata istinadən xəbər verir ki, "Serbhungas” birgə müəssisəsinin yaradılması haqqında sazişi "Srbiyagaz” dövlət şirkətinin direktoru Dusan Bayatoviç və Macarıstanın MVM şirkətinin baş direktoru Laslo Zoltan imzalayıblar.

Qeyd olunur ki, Serbiya hökuməti bir gün əvvəl "Serbhungas” şirkətinin Serbiya bazarında qaz ticarəti üçün qeydiyyata alınmasına ilkin razılıq verib. Serbiyanın Baş nazirinin müavini və maliyyə naziri Sinişa Mali daha əvvəl Serbiya bazarında qazın birgə ticarəti və onun xaricdən alınması üçün "Srbiyagaz” və MVM şirkətləri arasında birgə müəssisənin yaradılmasından danışıb. Hazırda Macarıstana ən böyük, Serbiyaya isə yeganə təbii qaz tədarükçüsü Rusiyanın "Qazprom” şirkətidir.

Payızda Niş-Dimitrovqrad birləşdirici qaz kəməri ilə Bolqarıstan üzərindən Yunanıstandakı terminallardan Serbiyaya və daha sonra Macarıstana mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə başlanılacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan bu ilin sonuna kimi Macarıstan və Serbiyaya da qaz tədarükünə başlamağı planlaşdırır.