29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə və Azərbaycan hava məkanına ortaq nəzarət layihəsini həyata keçirir

20.06.2023

Türkiyə və Azərbaycan ortaq "HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini həyata keçirir.

"DM" xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün layihənin detallarını açıqlayıb.

O qeyd edib ki, "HAKİM” Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən kritik layihələrindən biridir:

"Bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu səbəbdən də sözügedən layihənin şüarını Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdıraraq "İki dövlət, bir millət, bir hava məkanı” kimi qoymuşuq”.

Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.

"HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi, müxtəlif növ və qabiliyyətlərə malik olan sensorlardan aldığı məlumatları qiymətləndirərək müəyyən edilmiş hava şəklini (rəsmini) yaradır. Bundan əlavə, "HAKİM” təhdidlərin qiymətləndirilməsi alqoritmləri ilə Silah Sistemləri və Döyüş Təyyarələri üzərində Hava Missiyasına Nəzarət fəaliyyətlərini həyata keçirən, hava məkanına nəzarət fəaliyyətlərini operativ səviyyədə yerinə yetirmək imkanı verən milli hava komandanlığı idarəetmə sistemidir.