29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan Prezidenti: Transxəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyəti artır

20.06.2023

Qazaxıstan Almaniya iqtisadiyyatını enerji və lazımi xammalla təmin edə bilər ki, bu da indiki çətin geosiyasi və geoiqtisadi dövrdə xüsusilə vacibdir.

"DM” xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, Almaniya tərəfinin sifarişi ilə Şvedt şəhərindəki neft emalı zavoduna Qazaxıstan neftinin tədarükü buna bariz nümunədir.

"Nəzərdə tutulan layihələrin səmərəli həyata keçirilməsi üçün cənab Ştaynmayerlə müzakirə olunan bir sıra vəzifələri həll etmək lazımdır. Onların arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi də var”, - Kasım-Jomart Tokayev qeyd edib.

O vurğulayıb ki, bu gün "Orta Dəhliz” adlanan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyəti artır.

"Bugünkü danışıqlarda biz bu mövzuya xüsusi diqqət yetirdik. "Orta Dəhliz”in əsas hissəsi Manqistau vilayətinin ərazisindən keçir. Prezident Ştaynmayer bu regiona səfər edəcək ilk Avropa lideridir”, - Qazaxıstan prezidenti bildirib.

Onun sözlərinə görə, görüş zamanı böyük perspektivləri olan nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsinin zəruriliyini vurğulanıb.

Bundan başqa, Avropa İttifaqında qüvvədə olan "Qlobal Qapı” strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslərdə Qazaxıstan layihələrinin həyata keçirilməsi də müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan ərazisindən keçən Orta dəhliz – Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.

Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.