30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qriqoryan Azərbaycanla sərhəddə vəziyyəti qiymətləndirəcək avroparlamentarilərlə görüşüb

20.06.2023

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvana səfər etmiş Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti ilə görüşüb.


"DM" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibinin "Facebook" hesabında məlumat verilib.

Görüşdə Aİ-Ermənistan münasibətləri müzakirə olunub.

Qeyd edək ki, Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti iyunun 22-dək Ermənistanda səfərdədir.

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin (SEDE) səfərinin əsas məqsədi Ermənistandakı təhlükəsizlik vəziyyətini, Ermənistanla Azərbaycan arasında normallaşma prosesini, eləcə də fevral ayında fəaliyyətə başlayan Aİ-nin Ermənistandakı mülki missiyasının (EUMA) fəaliyyətini qiymətləndirməkdir.