30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peskov: Əminik ki, Çin-ABŞ münasibətləri Rusiya qarşı yönəlməyəcək

20.06.2023

Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın səviyyəsi əmin olmağa imkan verir ki, Çinin digər ölkələrlə münasibətlərinin qurulması Rusiya Federasiyasına qarşı yönəlməyəcək.

"DM" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, Çin digər ölkələrlə münasibətlər qurmaq üçün öz suveren hüquqlarından istifadə edir. Üstəlik, Çin və ABŞ arasında proqnozlaşdırıla bilən münasibətlərin qurulmasının əhəmiyyətini gözdən salmağa dəyməz. Lakin Çinlə tərəfdaşlıq, strateji tərəfdaşlıq səviyyəsi bizə əmin olmağa imkan verir ki, başqa ölkələrlə belə münasibətlər qurmaq heç vaxt ölkəmizə qarşı yönəlməyəcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Çinə iki günlük səfər edib. Səfər çərçivəsində o, Çinin dövlət rəsmiləri, o cümlədən Çin prezidenti Si Cinpin, xarici işlər naziri Qin Qanq və Xarici İşlər Komissiyasının katibliyinin rəhbəri Vanq Yi ilə danışıqlar aparıb.