09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tillerson-Ərdoğan görüşü 3 saat 15 dəqiqə olub

16.02.2018

"Dövran Media" xəbərinə görə ABŞ hesab edir ki, dövlət katibi Reks Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ankarada keçirilən görüşü məhsuldar olub.
Bu barədə "RİA Novosti”yə Dövlət Departamentinin neümayəndəsi bildirib.
"Onlar ABŞ-Türkiyə münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi istiqamətində məhsuldar və açıq danışıqlar aparıblar. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu keçiriləcək görüş zamanı NATO üzrə mühüm müttəfiqimizlə danışıqlarda irəliləyişin davam etdiriləcəyinə ümid edirik”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Türkiyə prezidenti administrasiyasındakı mənbə bundan əvvəl bildirib ki, Ərdoğan və Tillerson regional problemləri, xüsusən, Suriya və İraqdakı vəziyyəti, habelə ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə ediblər. Məlumata görə, bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb.