30 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan: Meğrinin Azərbaycana verilməsi müzakirə edilib

20.06.2023

1999-cu ildə Ermənistan Meğrinin DQMV müqabilində Azərbaycana verilməsini müzakirə edib.

"DM" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin hallarının araşdırılması üzrə komissiyasının iclasında deyib.

"ATƏT-in İstanbul Sammiti zamanı (1999-cu il - red.) daha bir sənəd dövriyyədə idi. Bu, ərazilərin mübadiləsi haqqında sənəd idi. Sammitdə onlar nə ərazi bütövlüyünə, nə də öz müqəddəratını təyinetmə hüququna istinad ediblər, çünki diplomatik ictimaiyyət danışıqlar masasında nizamlama sənədinin olduğunu bilirdi”, - o bildirib.

Paşinyan müzakirə olunan sənədin bir neçə bəndini oxuyub:

"Xüsusilə qeyd olunur ki, 1988-ci il sərhədləri daxilində DQMV, Şuşa və Laçın rayonları Ermənistana, Meğri rayonu isə Azərbaycana verilir. İkinci məqam Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Şaumyanın (1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Goranboy rayonunun tərkibinə daxil edilib) Azərbaycana verilməsini nəzərdə tutur. Bundan əlavə, sovet dövründə mövcud olan anklavlar onları əhatə edən ölkələrə verilir. Ermənistan 60 gün ərzində Meğridən qoşunlarını çıxarmalı idi. Bu ərazidə münaqişə zamanı zərər çəkmiş Azərbaycan vətəndaşları yaşamalı idi. Bu sənəd, əslində, Qarabağ münaqişəsinin həlli ilə bağlı fundamental erməni ideyalarının məhv olduğunu göstərir. Sənədi qəbul etmədilər. Belə bir fikir var və mən də onunla razılaşıram ki, Karen Dəmirçyan və Vazgen Sərkisyan canları bahasına onun imzalanmasına mane olublar”.

Onun sözlərinə görə, proses 1999-cu ilin avqust-noyabr aylarında baş verib:

"Bu sənəd 2001-ci ildə Laçının müqabilində Azərbaycana ekstraterritorial dəhliz verilməsini nəzərdə tutan Ki-Uest sənədində nəticə verib”.