29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada edam edilmiş azərbaycanlının meyiti tapılıb - VİDEO

20.06.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya Ordusu yenidən bütün ölkə boyu İran dronları ilə hücuma keçib.

Qeyd edilib ki, xüsusilə Xarkov, Xerson, Dnepropetrovsk və Zaporojye vilayətləri genişmiqyaslı hava hücumuna məruz qalıb.

"Rusiya Ordusu Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan ərazilərinə "İskəndər” raketləri ilə səhərə qədər dayanmadan hücum edib. Onların əksəriyyəti Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib”, - deyə jurnalist əlavə edib.
O da bildirilib ki, Melitopolda işgəncə görmüş insan meyitləri aşkarlanıb:

"Onlardan birinin təxminən bir ildən çoxdur itkin düşən həmyerlimiz Həsən Babayev olduğu və ağır çəkiclə edam edildiyi deyilir”.

Ətraflı videonu təqdim edirik: