MM komitə sədri: Azərbaycanda dərmanların qiyməti çox yüksəkdir 
    
                          
     
                         20.06.2023
 
    
                        Azərbaycanda dərmanların qiyməti çox yüksəkdir.
"DM" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bunu yoxlamaq çox asandır və müxtəlif ölkələrə nəzər yetirmək kifayətdir:
"Tarif Şurası qiymətləri tənzimləyərkən bunu nəzərə almalıdır. Qiymətlər optimallaşdırılmalıdır".