Bakı metrosunda QR-kod vasitəsilə ödəniş etmək mümkün olacaq 
    
                          
     
                         20.06.2023
 
    
                        "Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur”.
"Report” xəbər verir ki, bunu "K Group” MMC-nin ("BakıKart”ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır:
"Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq”.