Ermənistanın keçmiş ombudsmanı İrəvan meri olmaq istəyir  
    
                          
     
                         20.06.2023
 
    
                         Ermənistanın keçmiş ombudsmanı Armen Tatoyan İrəvan meri olmaq istəyir.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bununla bağlı yeni hərəkat təşkil edir.
Bildirilib ki, bir sıra siyasi qüvvələr onun ətrafında koalisiya yaratmaq və Tatoyanın vahid namizədliyini irəli sürmək niyyətindədirlər.
Hazırda İrəvan meri postuna 8 namizədin iddialı olduğu məlumdur.