29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Oyunları: Azərbaycanın səkkiz idmançısı çıxış edib - YENİLƏNİB

20.06.2023

Azərbaycanın səkkiz idmançısı Polşada start götürən III Avropa Oyunlarında çıxış edib.

"DM" xəbər verir ki, 3-ü Divizionda yer alan təmsilçilərimiz ilk gündə millinin hesabına 70 xal qazandırıblar.

Ən yaxşı nəticəyə Anna Skidan imza atıb. O, çəkic atmada (71,69 m) 11 iştirakçı arasında birinci olub.

Aleksis Koppello üç təkanla tullanmada (15,91 m) 14 idmançı arasında ən yaxşı ikinci göstəriciyə nail olub.

Lamiyə Vəliyeva 400 m məsafəni 55,79 saniyəyə, Anna Yusupova isə 5 000 m məsafəni 17:37.97 dəqiqəyə qaçaraq, öz kateqoriyalarında finişə beşinci sırada çatıblar.

Cavid Məmmədov 400 metri 49,58 saniyəyə, İlahə Quliyeva isə 100 m məsafəni 12,39 saniyəyə qət edib və hər ikisi 10-cu yerlə kifayətlənib.

Aleksey Əliəkbərov 100 m məsafəni 11,78 saniyəyə qaçaraq 12-ci olub.
Elman Abışov isə 800 m məsafəni 2:06,12 dəqiqəyə qət edib və 14 idmançı arasında sonuncu yeri tutub.

11:17

Polşada təşkil edilən III Avropa Oyunları bu gün start götürəcək.

"DM" xəbər verir ki, ilk gündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulacaq.

Atletika növündə Lamiyə Vəliyeva (400 metr məsafədə qaçış), Aleksis Kopello (üç təkanla tullanma), Cavid Məmmədov (400 metr məsafədə qaçış), Anna Yusupova (5000 metr məsafədə qaçış), Elman Abışov (800 metr məsafədə qaçış), Anna Skidan (çəkic atma), İlahə Quliyeva (100 metr məsafədə qaçış) və Aleksey Əliəkbərov (100 metr məsafədə qaçış) çıxış edəcəklər.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.