29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

20.06.2023

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 24 mm, Zaqatalada 18 mm, Lənkəran, Altıağac, Sarıbaş, Ceyrançöl, Qax, Şəki, Quba, Xaltan, Şabran, Göytəpə, Şahdağda 7 mm–dək olub. 

Yağan leysan yağış nəticəsində Balakən rayonu ərazisindən axan Balakənçay, Katexçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.

Şərq küləyi arabir Gəncə, Bakı və Abşeron yarımadasında 20, Göygöl, Naftalanda 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb. 

Qrız, Qax, Şahdağ, Sumqayıt, Daşkəsən, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iyunun 19-da iqlim norması daxilində olub. Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 35, dağlıq rayonlarda 24, Aran rayonlarında 33 dərəcəyədək isti olub.