29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada əks-hücuma mane olmağa çalışan Rusiya agenti saxlanılıb

19.06.2023

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu pozmaq istəyən Rusiya agenti ələ keçib.

Onun yerli "Ukrzaliznisa” stansiyasının işçisi olduğu və Dnepropetrovsk vilayətində dəmiryolunu partlatmağı planlaşdırdığı məlum olub.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.

"Bu ilin əvvəlində həmin şəxs Rusiya hərbi kəşfiyyatının rəsmi əməkdaşı tərəfindən ələ alınıb”, - deyə məlumatda qeyd edilib.

Saxlanılan şəxs Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarında istifadə etdiyi xarici hərbi texnikanın dəmiryol marşrutları və boşaldılması yerləri haqqında məlumat toplayıb.

Bundan əlavə, agent Ukrayna Müdafiə Qüvvələrinin ağır silah və sursatlarının daşındığı dəmiryol stansiyalarının və körpülərin koordinatlarını qeydə alıb.
O, Rusiyanın tapşırıqlarını yerinə yetirmək üçün qatarla iş səfərləri zamanı obyektləri detallı şəkildə cib telefonunun kamerası ilə lentə alıb. Rusiyaya bu kəşfiyyat məlumatları bölgəyə hava zərbələri endirmək üçün lazım olub.

Həmçinin rusiyalı hərbçilər cəlb edilmiş agentin iştirakı ilə "Ukrzaliznisa” obyektlərində təxribat variantını da nəzərdən keçiriblər. Bununla da Ukrayna Silahlı Qüvvələrinin cənub-şərq cəbhəsində yanacaq, silah və sursatla təchizatı pozmağı planlaşdırıblar.

Təqsirləndirilən şəxsin yaşayış yerində axtarış zamanı "F-1” və "RQD-5” qumbaraları, karabin, odlu silahlar üçün çox sayda patron, tüstü bombaları aşkarlanıb.

Təhlükəsizlik Xidmətinin müstəntiqləri tərəfindən toplanmış sübutlar əsasında saxlanılan şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin "Hərbi vəziyyət şəraitində dövlətə xəyanət” və "Silah, sursat və ya partlayıcı maddələrlə qeyri-qanuni davranma” maddələri üzrə ittiham irəli sürülüb.

Mənbə: RBC-Ukrayna