29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvan Perinatal Mərkəzinin rəhbərinin müavini nöqsanlara görə işdən çıxarılıb

19.06.2023

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin rəhbərinin müavini işdən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Perinatal Mərkəzin rəhbərinin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilib.

Onun vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiyinə görə işdən uzaqlaşdırıldığı bildirilir.

N.Quliyeva mərkəzin həkimlər sırasından da çıxarılıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub.