29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə XİN: İsrailin bu addımını qətiyyətlə pisləyirik!

19.06.2023

İsrail hökumətinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində minlərlə yaşayış evi tikmək planları beynəlxalq hüquqa ziddir.

"DM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İsrail hakimiyyətinin qeyri-qanuni məskunlaşma fəaliyyətini gücləndirməsini və İordan çayının qərb sahilində ən azı 19 şəhərdə yeni qanunsuz məskunlaşmalarda 4500 yaşayış binası tikmək planlarını pisləyirik. Onların davamlı sülhə ciddi ziyan vuran, beynəlxalq hüquqa və BMT-nin müəyyən etdiyi parametrlərə tamamilə zidd olan bu addımları qəbuledilməzdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ankara 1967-ci il sərhədlərinə uyğun olaraq ikidövlətli həllə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək.