29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Podolyak: “Rusiya proseslərə nəzarəti itirir”

19.06.2023

"Ukrayna öz ərazisində olan Rusiya hərbi infrastrukturunu məhv etmək üçün əlindən gələn hər şeyi edir. Lakin biz Rusiya ərazisinə hücum etməyin heç bir mənasını görmürük”.

Bu sözləri Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.

Bununla belə M.Podolyak qeyd edib ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibə obyektiv olaraq tədricən Rusiya ərazisinə keçəcək, çünki bu, tarixi bir prosesdir.

M.Podolyak, həmçinin əlavə edib ki, artıq Rusiya baş verən proseslərə nəzarəti itirir.
"Xüsusilə Priqojin-Kadırov-Şoyqu üçbucağındakı son münasibətlərə diqqətlə baxın”, - deyə M.Podolyak vurğulayıb.

Mənbə: Rbc.ua