29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donbasda ölən azərbaycanlıların sayı açıqlanıb - VİDEO

19.06.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya ordusu tərəfindən Xarkov, Donetsk, Xerson, Zaporojye, Dnepropetrovsk, Odessa vilayətləri ballistik raket hücumlarına məruz qalıb. Hücum nəticəsində həlak olan və yaralananlar var.

Qeyd edilib ki, xüsusilə Donetsk və Zaporojyedə ağır döyüşlər gedir. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Zaporojyedə daha yeddi yaşayış məntəqəsi azad edilib.
M.Aslanov bildirib ki, Donetsk vilayətində vəziyyət olduqca gərgindir. Orada bir müddət əvvəl itkin düşən azərbaycanlıların meyitləri tapılıb:

"Onlar – Ruslan Ağayev, həyat yoldaşı Svetlana Ağayeva və onların qohumu Şahin Məmmədovdur. Bununla da Donbas istiqamətində həlak olan azərbaycanlıların sayı 25-ə çatıb”.

Daha ətraflı Baku TV-nin süjetində: