29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran nəşri Arazdakı ekoloji fəlakətdən yazıb

19.06.2023

İranın "Pəyame ma” qəzetində Araz çayının radioaktiv maddələrlə çirkləndirilməsinə dair məqalə dərc edilib.

"DM"  xəbər verir ki, məqalədə Araz çayının radioaktiv maddələr və ağır metallarla çirklənməsindən bəhs olunur.

Qeyd olunub ki, çayda çirklənmə var və bunu artıq inkar etmək olmaz: "Araz çayı radioaktiv maddələr və ağır metallarla çirklənib, bu da sakinlər arasında onkoloji xəstəliklərin artmasına səbəb olub”.

Nəşrin yazdığına görə, çirklənmənin mənbəyi Ermənistanın "Metsamor” Atom Elektrik Stansiyasıdır.

Qəzetin araşdırmasına görə, Ermənistandakı mis mədənləri də çirklənməyə səbəb olur. Eyni zamanda, məqalədə qeyd olunub ki, İranın Atom Enerjisi Təşkilatının və Energetika Nazirliyinin çaydakı radioaktivlik çirklənməni araşdırmaması narahatlıq doğurur.

Bildirilib ki, Araz çayının çirklənməsi ilə bağlı dövlət qurumları tərəfindən çoxsaylı hesabatlara baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar edib.

Qeyd olunub ki, Araz çayının sərhədyanı ərazilərində yaşayan əhalidə suyun çirklənməsi nəticəsində qida borusu, mədə, qara ciyər və dəri xərçəngi xəstəlikləri əhəmiyyətli dərəcədə artıb. Araz sahillərində yaşayan sakinlər arasında xəstəliklərin, xüsusən də mədə xərçənginin artması ilə bağlı hesabatlar da var.

O da vurğulanıb ki, Ermənistanla yanaşı, İran da Araz çayının ən böyük çirkləndiricisidir. Belə ki, İranda Süngün mis mədəni çirklənməni artırır.