29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağdamda tapılan kütləvi məzarlıq azad edilmiş ərazilərdə aşkarlanan 8-ci məzarlıqdır

19.06.2023

Ağdamda tapılan kütləvi məzarlıq azad edilmiş ərazilərdə aşkarlanan sayca 8-ci məzarlıqdır.

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində yeni tapılan kütləvi məzarlıq barədə danışan Eldar Səmədov bildirib ki, bu, Ermənistanın törətdiyi daha bir cinayət faktının aşkara çıxmasıdır: "Torpaqlarımız azad ediləndən sonra Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə itkin düşmüş vətəndaşlarımızın taleyini müəyyən olunması istiqamətində axtarış və qazıntı işlərini davam etdirir. Bu, artıq aidiyyəti dövlət qurumları ilə birlikdə aşkar elədiyimiz 8-ci kütləvi məzarlıqdır”.