29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Entoni Blinken Si Cinpinlə görüşə bilər

19.06.2023

ABŞ dövlət katibi Entoni Blinken Çin Sədri Si Cinpinlə görüşə bilər.

"DM" xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, Çində səfərdə olan Blinken bu gün günortadan sonra Si Cinpinlə görüşə bilər, lakin görüş hələ təsdiqlənməyib.

Xatırladaq ki, ABŞ dövlət katibi 18-19 iyun tarixlərində Pekində səfərdədir. Çinin bir sıra yüksək vəzifəli şəxsləri ilə, həmçinin Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Vanq Yi ilə görüş keçirib.

Çində fəaliyyət göstərən ABŞ-ın səhiyyə, avtomobil və əyləncə sektoruna aid şirkət nümayəndələri ilə Blinkenin görüşü planlaşdırılır.