28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəmi batdı: Ölənlərin sayı 29-a çatdı

25.11.2018

Şənbə günü Viktoriya gölünün Uqanda sahillərində gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
"Dövran Media" xəbər verir ki, bu barədə bazar günü yerli polisə istinadən "Reuters" məlumat yayıb.
"Daily Monitor" qəzetinin yazdığına görə, gəminin göyərtəsində ümumilikdə 100-dən çox insan olub. Onlardan 40 nəfəri xilas edilib.
İtkin düşənlərin axtarışları davam etdirilir.
----------
Viktoriya gölünün Uqandasahillərində qayığın batması nəticəsində azı 10 nəfər həyatını itirib, daha 5 nəfər itkin düşüb.
"Dövran Media" "Report"a istinadən xəbər verir ki, bu barədə "Daily Monitor" nəşri yazıb.
Bildirilir ki, qayıqda Buqanda kralının qardaşı olan şahzadə Devid Vasayca da olub. O, xilas edilib. Sərnişinlər arasında yerli müğənnilər İrin Namubiru və repçi "The Mith" də olub. Lakin onların aqibəti barədə məlumat yoxdur.
Jurnalistlərin məlumatına görə, gəmidə 120-dən çox adam olma ehtimalı var. Bildirilir ki, hazırda 40-dan çox sərnişini xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Bundan əvvəl Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.