29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya NATO müttəfiqləri ilə birgə Baltikyanı ölkələrdə hərbi təlimlər keçirməyi planlaşdırır

16.06.2023

Almaniya hökuməti NATO müttəfiqləri ilə birgə Baltikyanı ölkələrdə hərbi təlimlər keçirməyi planlaşdırır.

"DM" xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius yerli "N-Tv” televiziya kanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, tarix hələ müəyyən edilməyib.

Pistorius onu da qeyd edib ki, dünən Baltikyanı ölkələr, Böyük Britaniya və Kanadadan olan həmkarları ilə ("3+3" formatında) danışıqlar aparıb:

"Biz Baltikyanı regionda təhlükəsizlik məsələlərini müzakirə etdik və təlimlər keçirmək barədə razılıq əldə etdik”, - nazir bildirib.

"Təlimlərin gələn il və ya 2025-ci ilin əvvəlində baş tutacağı ilə bağlı məsələ yaxın zamanda məlum olacaq. Əsas diqqət qoşunların sürətlə yerləşdirilməsinə və birgə fəaliyyətin əlaqələndirilməsinə yönəldilməlidir”, - deyə nazir əlavə edib.