29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsfahan həbsxanasında silahlı toqquşma olub

16.06.2023

İsfahan həbsxanasında silahlı toqquşma olub.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat verib.

"Naməlum şəxs polislə silahlı toqquşma zamanı öldürülüb”, - deyə İsfahan əyalətinin Delican şəhərinin polis rəisi, polkovnik Müctəba Cəmali həbsxananın qapısında baş verən atışma ilə bağlı bildirib.

"Dünən gecə naməlum şəxs və ya şəxslər avtomobillə İsfahan mərkəzi zindanının əsas qapısına atəş açıb və dərhal hadisə yerindən uzaqlaşıblar”, - deyə Cəmali əlavə edib.
O, hadisə zamanı "Vinçester” və "Kalaşnikov” markalı silahlardan istifadə edildiyinə diqqət çəkib.

"Təqsirləndirilən şəxslərin başqa şəhərlərə qaçma ehtimalını nəzərə alaraq məsələ xüsusilə tərəfimizdən araşdırılır”, - deyə o qeyd edib.