29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meteohəssas insanların diqqətinə: Geomaqnit qasırğası bir neçə gün davam edəcək

16.06.2023

 Meteohəssas insanların diqqətinə: Geomaqnit qasırğası bir neçə gün davam edəcək
Hazırda Günəşin səthində səkkiz ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME ("coronal mass ejections” - tac kütlə atılmaları) qeydə alınıb. Günəşin səthində tac dəlikləri müşahidə olunur.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Günəş küləyinin sürəti maksimum 681 km/san olub.

Gözlənilən müsbət qütblü CH HSS-ə ("coronal hole high speed streams” - tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. Hazırda da geomaqnit qasırğası davam edir.
18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS təsirinin davam edəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.