09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Azercell"dən virtual YENİLİK

15.02.2018

Ölkəmizdə ilk dəfə Virtual ATS xidməti istifadəyə verildi.
"Dövraan Media"Azercell-in mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət bu dəfə də abunəçilərini yeniliklə sevindirib. Belə ki, abunəçilər ilk dəfəolaraq Virtual ATS xidmətindən istifadə edə biləcəklər.
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir unikal və yeni xidməti istifadəyə verib. Fevralın 15-də Bulvar Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və Azercellin 250 korporativ müştərisi iştirak edib. Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə bağlı bütün suallar cavablandırılıb. Bildirilib ki, ölkəmizdə ilk dəfə tətbiq olunan "Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq. Virtual ATS xidmətin üstünlüklərinə gəldikdə isə
 Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur
 Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq
Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə "Standart” və "Premium” Mobil ATS paketlərini də təqdim edir.
Standart paket
Qoşulan nömrələrin sayı Şirkətdaxili nömrələrə göndərilən SMS sayı Qiymət, AZN
1 – 10 500 SMS 100 AZN
11 – 30 1000 SMS 250 AZN
31 – 100 3000 SMS 600 AZN
101 və daha çox 10 000 SMS 750 AZN
Premium paket
Qoşulan nömrələrin sayı Şirkətdaxili nömrələrə göndərilən SMS sayı Qiymət, AZN
1 – 10 1500 SMS 250 AZN
11 – 30 3000 SMS 550 AZN
31 – 100 9000 SMS 1500 AZN
101 və daha çox 30 000 SMS 1800 AZN
Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün [email protected] ünvanına istək göndərə və Korporativ Müştəri Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng edə bilərlər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz