25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Nazir: Azərbaycan Ordusunda Türkiyə modeli əsasında görülən işlərdə nailiyyətlər qazanılıb

16.06.2023

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi, ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində müəyyən nailiyyətlər qazanılıb.

"APA" xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov nazirlikdə keçirilən kollegiya iclasında deyib.

Müdafiə naziri giriş nitqində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstəricisidir fikirlərini xüsusilə vurğulayıb.

Zakir Həsənov bildirib ki, bu sahədə cari ilin birinci yarısında görülən işlər nəticəsində artıq müəyyən nailiyyətlər qazanılıb.