27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Badamdarda yeni uçqunlar

25.11.2018

Badamdar qəsəbəsindəki sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mütəxəssislər tərəfindən keçirilmiş monitorinqlər göstərir ki, sürüşmə zonası sahələrindən birində avtomobil yoluna tərəf yönələn torpaq kütləsinin artımı müşahidə olunur. Yağışlar nəticəsində kiçik sahədə torpaq uçqunları da qeydə alınıb.
Bununla belə, sürüşmə zonasının yuxarı hissəsində yerləşən həyət evlərində qurulmuş mayaklarda dəyişikliklər müşahidə olunmayıb.
Xatırladaq ki, bir gün əvvəl Badamdardakı sürüşmə zonasında qayanın böyük bir parçası qopub və enişlə aşağı hərəkət etməyə başlayıb.