03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

16.06.2023

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report”un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1milyard 105 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. "Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774 milyon manata qarşı 3 milyard 5 milyon manat və ya 9,8 faiz artırılaraq 33 milyard 779 milyon 500 min manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353 milyon 300 min manat məbləğində xərcləri 32 milyard 15 milyon 500 min manat və ya 9,6 faiz artırılaraq 36 milyard 568 milyon 800 min manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579 milyon 300 min manata qarşı 210 milyon manat və ya 8,1 faiz artırılaraq 2 milyard 789 milyon 300 min manat olacaq.
2023-cü il dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789 milyon 300 min manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949 milyon 100 min manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9 milyard 923 milyon 400 min manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 213 milyon 900 min manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244 milyon 500 min manat və ya 8,5 faiz çoxdur. İcmal büdcə 4 milyard 943 milyon 600 min manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 678 milyon 900 min manat əlavə gəlirlər hesabına 1 milyard 735 milyon 300 min manat profisit yaranacaq.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.