03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

CAR Prezidenti sülh planını təqdim etmək üçün Kiyevdədir - YENİLƏNİB

16.06.2023

Cənubi Afrika Respublikasının Prezidenti Ukraynanın paytaxtı Kiyev şəhərinə gedib.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Afrika ölkələri liderlərinin (Seneqal, Zambiya və Qəmər Adaları) Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.

Görüşdə Ukrayna münaqişəsinin həlli yolları və Afrika ölkələrinin sülh planı müzakirə ediləcək.

10:13

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti və bir sıra Afrika ölkələri liderləri bu gün Kiyevə gedəcəklər.

"DM" xəbər verir ki, bu barədə "Strana.ua” məlumat yayıb.

Bildirilib ki, onların Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü və Ukraynada müharibəyə son qoymaq üçün həll yollarının müzakirəsi gözlənilir.

Həmçinin əlavə olunub ki, Afrika liderləri sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburq şəhərinə gedəcəklər.

Qeyd edək ki, CAR Prezident Administrasiyasının məlumatına görə, ölkə lideri Matamela Siril Ramafoza artıq Varşavadan Kiyevə yola düşüb və onun Ukrayna hökuməti ilə görüşü nəzərdə tutulub.