04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stoltenberq: Biz sülh istəyiriksə, Ukraynaya hərbi dəstəyi təmin etməliyik

15.06.2023

"Biz Prezident Putinin və Rusiyanın sülhə hazırlaşması və ya həqiqi müzakirələrə başlaması ilə bağlı hər hansı işarə, siqnal görmürük".

"DM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

"Eyni zamanda Ukrayna bu əks-hücumla döyüş meydanında nə qədər çox qazanarsa, bu onun masada əlini daha da gücləndirəcək. Biz hesab edirik ki, Ukrayna qüvvələri uğur qazandıqca Prezident Putin başa düşəcək ki, o, qalib gələ bilməyəcək və nəticədə müzakirə masasına oturacaq. Ancaq bunun necə və nə zaman baş verəcəyini heç kim dəqiqliklə deyə bilməz. Bizim yeganə bildiyimiz odur ki, ədalətli və davamlı sülh istəyiriksə, o zaman Ukraynaya hərbi dəstəyi təmin etməliyik. Bu Ukraynanın öz torpaqlarını azad etməsi və Moskvaya onun bu müharibədə qələbə qazana bilməyəcəyi barədə güclü siqnal göndərməsinin yeganə yoludur", -Yens Stoltenberq vurğulayıb.