04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaribaşvili Şarl Mişellə Tbilisiyə təqdim edilən 12 tövsiyəni müzakirə edib - YENİLƏNİB

14.06.2023

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Avropa Komissiyasının namizəd statusu əldə etməsi üçün Tbilisiyə təqdim etdiyi 12 tövsiyənin yerinə yetirilməsi ilə bağlı irəliləyişləri müzakirə ediblər.

"DM" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin məlumatında qeyd olunub. Qeyd olunub ki, Brüsseldə baş tutan görüşdə liderlər ölkənin Avropa perspektivinin tanınmasının tarixi qərar olduğunu qeyd edərək, ilin sonunda namizəd statusunun verilməsinin Gürcüstan üçün, ölkədə qütbləşmənin sona çatması üçün kritik əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Məlumatda qeyd olunub ki, tərəflər söhbət zamanı regional təhlükəsizlik mühitinə, Gürcüstanın işğal olunmuş ərazilərindəki mürəkkəb təhlükəsizlik və humanitar vəziyyətə xüsusi diqqət yetiriblər. Həmçinin Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində mühüm rolu vurğulanıb.

Bildirilib ki, Baş nazir İrakli Qaribaşvili hazırkı vəziyyətdə sülh və təhlükəsizliyin təşviqi, nəqliyyat, enerji əlaqələrinin dərinləşdirilməsi baxımından Aİ-nin regionda iştirakının vacibliyini vurğulayıb.

***

17:00

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

"DM" xəbər verir ki, hökumət başçısı görüşdə Gürcüstanın Aİ-yə inteqrasiya istəklərinin "həmişəki kimi möhkəm” olduğu vurğulayıb.

"Biz ümid edirik ki, Aİ bu il Gürcüstana namizəd statusu verərək daha bir tarixi qərar qəbul edəcək. Prezident Şarl Mişelə Gürcüstanın Avropa gələcəyinə verdiyi şəxsi dəstəyinə görə minnətdarlıq edirəm”, - deyə Qaribaşvili görüşdən sonrakı Tvitter paylaşımında qeyd edib.