02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

14.06.2023

Bu il Azərbaycanda iki əlamətdar tarix - Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ulu Öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir.

"DM" xəbər verir ki, bu münasibətlə 15 iyun - Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim ediləcək.

Konsertə populyar müğənnilər və kollektivlər dəvət olunub. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam və milli mahnılarımızın ifaçılarının iştirak edəcəkləri konsert proqramı saat 20:00-da başlayacaq.

Həmin gün Heydər Əliyev Mərkəzinin parkına gələn hər bir kəs möhtəşəm qala-gecənin iştirakçısına çevriləcək, bir çoxumuzun əzbər bildiyi mahnıları ifaçılarla birlikdə ifa edib, bu bayram gününü yüksək əhval-ruhiyyə ilə keçirmək imkanı qazanacaq.

Konsertdə Abbas Bağırov, Ağadadaş Ağayev, Alim Qasımov, Aybəniz Haşımova və "Bülbüllər" qrupu, Aygün Bəylər, Aygün Kazımova, Azər Zeynalov, Bilal Əliyev, Eldar Qasımov, Emin, Faiq Ağayev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Xəyyam Nisanov, İlhamə Qasımova, İlqar Muradov, Lalə Məmmədova, Manana, Miri Yusif, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, Mübariz Tağıyev, Natavan Həbibi, "Natiq” ritm qrupu, Nərmin Kərimbəyova, Nigar Camal, Nurlan Növrəsli, Röya, Samirə Əli Məryəm, Sevda Ələkbərzadə, Şəmistan Əlizamanlı, Tünzalə Ağayeva, Vüqar Əbdülov, "Zəfər" xoru, Zülfiyyə Xanbabayeva çıxış edəcəklər.

Konsertə giriş sərbəst olacaq.