28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tacikistanlı nazir Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub - FOTO

14.06.2023

İyunun 13-də Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.

Şerali Kabir ölkəsinin Azərbaycanla əməkdaşlığın, xüsusilə sənaye və logistika sahəsində əlaqələrin genişlənməsində, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmaq niyyətində olduğunu və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.

Görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, tacikistanlı iş adamları sənaye zonalarında mövcud investisiya imkanlarından yararlanmağa dəvət ediliblər.

Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti "Azertexnolayn” MMC-nin Polietilen Məmulatları Zavodunda gedən istehsal prosesi ilə tanış olublar.