27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ABŞ-ın bu "yeni" təklifini qəbul etməyəcək

25.11.2018

ABŞ-ın Suriyanın şimalında müşahidə məntəqələri yaratmaq planı iki ölkə arasındakı problemləri həll edə bilməz.
"Dövran Media xəbər verir ki, bu sözləri Türkiydə Müdafiə naziri Hulusi Akarın ABŞ-ın planının bölgədə qarşıdurma yaratması ilə bağlı açıqlamasını RT-yə şərh edən rusiyalı iqtisadi ekspert Vladimir Fitin deyib.
"Bu addım amerikalıların Türkiyə ilə əlaqələrini normallaşdırmaq üçün görülən tədbirdir. Çox sadəlövh cəhddir, çünki amerikalılar Ankara rəhbərliyinin mövqeyini çox yaxşı bilir. Buna görə hesab edirəm ki, ABŞ-ın bu "yeni" təklifləri Türkiyə rəhbərliyi tərəfindən qəbul edilməyəcək. Aralarındakı münasibət olduğu kimi qalacaq".
Fitin onu da qeyd edib ki, ABŞ-ın başlıca hədəfi ən azı Suriyanın şimal-şərqində, ölkənin əsas neft yataqlarının olduğu geniş sahədə söz sahibi olmaq və Suriya hökumətinin bu bölgədə yayılmasının qarşısını almaqdır.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriyanın şimalında müşahidə məntəqələri yaratmaqla bağlı planının münasibətləri korlayacağını və bununla bağlı ABŞ-dakı həmkarları ilə danışıqlar apardığını demişdi.