25 08 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Astanada Rusiya-Türkiyə-Suriya-İran dördtərəfli görüşü keçiriləcək

14.06.2023

Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü iyunun 21-də Astanada keçiriləcək.

Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

"Rusiyanın böyük nümayəndə heyəti Astanaya yollanır. İyunun 21-də Rusiya Federasiyası, İran, Türkiyə, Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş olacaq", - deyə o bildirib.

Qeyd edək ki, mayın 10-da Moskvada Suriyanın sülh nizamlanmasına dair xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüş keçirilib.