28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarici səyahətçi: “Qarabağa səfər Azərbaycan haqqında daha çox məlumat almağımıza kömək edəcək”

14.06.2023

"Qarabağa səfər Azərbaycan haqqında daha çox məlumat almağımıza kömək edəcək”.

Bunu "Report”a açıqlamasında beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən səyyah Anna Fransisko (Filippin) deyib.

"Qarabağda gördüklərim çox təsirlidir. Belə bir mənzərəni gözləmirdik. Çox yaxşı haldır ki, indi Azərbaycana səfər edərək bütün təfərrüatı öyrənmək imkanı var”, - o vurğulayıb.

A.Fransisko qeyd edib ki, dünyada Azərbaycan haqqında çox məlumat yoxdur, ona görə də bu səfər bir çox səyyahlar üçün böyük şansdır:
"Bu, mənim Azərbaycana ilk səfərimdir və hələ çox yeri görməyə vaxt olmayıb”.

Xatırladaq ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar dörd gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.

Səfər dünyaca məşhur MTP ("Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.