28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təbrizli alim Avropa İxtiraçılar Akademiyasının qızıl medalını qazanıb

14.06.2023

Təbrizli alim Südabə Davərana Avropa İxtiraçılar Akademiyasının qızıl medalı verilib.

Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər verib.

Məlumata görə, o, bu nailiyyətini "Antibiotiklərədavamlı infeksiyalı yaraların müalicəsi üçün antibiotik preparatları və antimikrob bitki ekstraktları olan nanoliflər” adlı akademik layihəsinə görə qazanıb.

Qeyd edək ki, alimin bu layihəsi cari ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilən "TEKNOFEST-2023” festivalında da birinci yerə layiq görülmüşdü.

O da vurğulanır ki, Südabə Davəran dünyada nanotexnologiya üzrə UNESCO-nun elmi medalını alan ilk qadındır.