28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liviyalı bloqer: “Qarabağdakı dağıntıları görmək çox ağrılıdır”

14.06.2023

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görmək çox ağrılıdır”.

Bunu "Report”a açıqlamasında beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən Liviyadan olan tanınmış səyyah-bloqer Məhəmməd Alselini deyib.

"Qarabağdakı dağıntıları görmək, xüsusən də bir zamanlar burada yaşayan insanların nələrlə üzləşdiklərini - evlərini necə itirdiklərini və məcburi köçkünə çevrildiklərini - təsəvvür etmək çox ağrılıdır. Bütün bunlar çox ciddi emosiyalara səbəb olur. Mən bu regionun tezliklə bərpa olunmasını, sabitlik və firavanlıq arzulayıram”, - o vurğulayıb.

Xatırladaq ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar dörd gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.

Səfər dünyaca məşhur MTP ("Most Travelled People”) təşkilatı tərəfindən təşkil olunub.