27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahil Babayev: Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var

14.06.2023

"Növbəti ildə daha 4 reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılır".

"DM"  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT DİM dialoqları çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

O bildirilib ki, son 5 ildə 12 reabilitasiya sosial xidmət mərkəzi yenidən qurularaq istifadəyə verilib:

"Əgər 2018-ci ildə bu mərkəzlər 10 min nəfərə xidmət göstərirdisə, keçən il 50 minə yaxın şəxsə xidmət göstərilib. Növbəti dövrlərdə bu gücün 100 minə qaldırılması hədəflənib. Bu gün Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var. Hər il onların 25-30 faizi bu reabilitasiya mərkəzlərində xidmət görməlidirlər".