28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Özbəkistan XİN: Azərbaycanla münasibətlər getdikcə daha da inkişaf edir

14.06.2023

Azərbaycanla Özbəkistan arasında münasibətlər getdikcə daha da inkişaf edir.

APA xəbər verir ki, bunu Özbəkistan XİN rəhbərinin müavini Bobur Usmanov Bakıda bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan münasibətləri və Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş dəyirmi masa çərçivəsində çıxışı zamanı deyib.

Azərbaycanla Özbəkistan arasında münasibətlərin getdikcə daha da inkişaf etməsinə və yeni nailiyyətlər əldə etməsinə toxunan diplomat deyib ki, ikitərəfli münasibətlər nümunəvi xarakter daşıyır: "Azərbaycan və Özbəkistan dövlətlərinin, xalqlarının uğurları daim bir-birimizi sevindirir. Ölkələrimiz arasında əlaqələr olduqca yüksək səviyyədədir və bunu qardaş ölkələrin əlaqələrinin qurulmasına nümunə kimi də göstərmək olar. Ticarət əlaqələrinin durmadan artması gələcəyə böyük ümidlər verir. Qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üzərində işlər görülür, bu mümkündür və perspektivi olan məsələdir.

Ölkəmizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilir. Bu onu göstərir ki, özbək xalqı bu dahi siyasətçiyə öz hörmət və sevgisini nümayiş etdirir. Ölkələrimiz arasında əlaqələrin parlament səviyyəsində də inkişaf etdirilməsi xüsusi əhəmiyyətə malikdir. Humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi xalqlarımızın yaxınlaşmasına xidmət edir. Bu il Özbəkistanda Azərbaycan Günləri keçiriləcək və bu istiqamətdə silsilə tədbirlər reallaşdırılacaq. Bütün bunların hamısı 2 qardaş xalqın öz aralarında münasibətləri necə qurmalı olmalarına gözəl nümunədir”, - o qeyd edib.