28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suriyada həbs edilənlər sərbəst buraxıldı - Türkiyə XİN

24.11.2018

Astana müqaviləsi çərçivəsində Suriyada həbs edilən bəzi şəxslər qarşılıqlı olaraq sərbəst buraxılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Naziriliyinin bəyanatında qeyd edilib.
"Bu, girov götürülən, qaçırılan insanların sərbəst buraxılması, cənazələrin dəyişdirilməsi və itkin düşənlərin aqibətinin araşdırılması ilə bağlı Türkiyə, Rusiya, İran və BMT-nın iştirakı ilə yaradılan qrupun nəzdində hazırlanan pilot layihə çərçivəsində baş tutub”, - bəyanatda qeyd olunub.
Nazirlik Suriyada tərəflər arasında etibarın artırılması baxımından mühüm addım olan layihənin yeni təşəbbüslərlə davam etdiriləcəyini bildirib.