27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Prezidenti Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB

14.06.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın, həmçinin Cümhur İttifaqının qələbəsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Görüşdə Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin və bunun dövlət səfəri statusunda həyata keçirilməsinin önəmi vurğulanıb, həmişə olduğu kimi, bu səfərin də çox səmərəli keçdiyi bildirib. Qeyd edilib ki, səfər zamanı dövlət başçıları tərəfindən Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif sahələr və istiqamətlər üzrə inkişafına dair aidiyyəti nazirliklərə işlərin ardıcıl sürətdə aparılması ilə bağlı tapşırıqlar verilib. Vurğulanıb ki, Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi işinə böyük töhfə verəcək.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətinə toxunulub, Binəli Yıldırımın Ağsaqqallar Şurasının sədri kimi təşkilat çərçivəsində fəaliyyəti vurğulanıb.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin fəaliyyəti qeyd edilib.

Təbriklərə görə minnətdarlığını bildirən Binəli Yıldırım Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərinin uğurlu olduğunu qeyd edib. Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirib. O, Ağsaqqallar Şurasının sədri kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd edilib.

10:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.