28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elm və təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək - YENİLƏNİB

14.06.2023

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

"Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə iştirak edəcək, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcəklər. Həmçinin, "STEAM Təlim-Tədris Mərkəzi"nin açılışında iştirak edəcəklər.

Günün ikinci yarısında Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altındakı Muzey Kompleksi ilə tanışlıq olacaq.


10:04

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə iştirak edəcək.

"Report”un yerli bürosu xəbər verir ki, 2022-23-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini ümumi orta təhsil bazasından 4 677, tam orta təhsil bazasından isə 3 166 şagird bitirir.

Qeyd edək ki, bu gün muxtar respublikanın 212 ümumtəhsil məktəbində son zəng çalınacaq.