28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN: “Zavodda yanğının söndürülməsinə 25 texnika, 100-dən çox şəxsi heyət cəlb edilib”

13.06.2023

"Bu gün saat 11:16-da Dövlət Neft Şirkətinin "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”.

"Report” xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda yanan kürə tipli neft çənidir: "Həcmi 600 litrdir".

"Kürənin üst hissəsində nəfəsalma klapanları var. Həmin klapanlardan benzin məhsulunun buxarları çıxaraq alışır. Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi isə saatda 25 tona bərabərdir. Bu proses təxminən altı-yeddi saat çəkəcək. Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib”, - FHN rəsmisi vurğulayıb.