28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi sabitlik, inkişaf və təhlükəsizlik faktorudur”

13.06.2023

"Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniştərkibli görüşdə deyib.

Dövlətimizin başçısı bildirib: "Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız”.