28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sumqayıtda zavodda güclü yanğın: Rəsmilər hadisə yerində - YENİLƏNİR + FOTO/VİDEO

13.06.2023

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş verən yanğınla bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb:

"Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb”.

13:22
Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda başlayan yanğının söndürülməsi davam edir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görürlər.



11:52

Sumqayıtda zavodda yanğın başlayıb.

"Trend”in məlumatına görə, hadisə şəhər ərazisində yerləşən Etilen-Polietilen zavodunda baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Sumqayıt ərazisində Etilen-Polietilen zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

"Hazırda qüvvələrimiz əraziyə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir”.