27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Qarabağın separatçı liderini dəyişir - AÇIQLAMA

24.11.2018

Sasna Çrer terror təşkilatı qondarma "dqr"dəki separatçı hökuməti devirməyə hazırlaşır.
"Dövran Media" xəbər verir ki, bunu terror təşkilatı olan partiyanın lideri Jirayr Səfilyan deyib.
"Biz seçkiyə ilk növbədə Respublikaçılar, Çiçəklənən Ermənistan, Daşnaksütyun və Orinats Yerkir partiyalarının parlamentə düşməməsi üçün gedirik. Biz həmçinin Dağlıq Qarabağda da hakimiyyət dəyişikliyinə hazırlaşırıq”, – deyə o bildirib.
O, qondarma rejimdə olan hazırkı "hakimiyyətə" ərizə təqdim etdiyini, burada danışıqlar masası arxasına oturmağı və separatçı rəhbərliyin heç bir silkələnmə olmadan dəyişilməsi üçün yol xəritəsi tapılması gərəkdiyini deyib. Səfilyan bir il sonra qondarma rejimdə "seçki"nin keçirilməsinə ehtiyac olmadığını söyləyib:
"Əgər bir il gözləsək, titrəyişlər olacaq. Situasiya belədir. İnsanlar artıq səbirsizdirlər. Yarım ay ərzindəki fəaliyyətimiz müddətində biz bunun qarşısını müəyyən qədər alırıq. Əminəm ki, hazırkı "hökumət" ağıllı davranacaq və rahatlıqla qərar veriləcək”.