28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stoltenberq: Ukraynanın əks-hücumunun nəticəsini proqnozlaşdırmaq mümkün deyil

13.06.2023

"Ukraynanın əks-hücumunun nəticəsini proqnozlaşdırmaq mümkün deyil".

"DM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq PBS telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu əks-hücumun məqsədi Ukrayna torpaqlarının azad olunması və Moskvaya Rusiyanın Ukraynada müharibədə qalib gələ bilməyəcəyinə dair aydın mesaj göndərməkdir:

"Müəyyən mərhələdə Rusiya anlamalıdır ki, o, masaya oturmalı və Ukrayna üçün ədalətli və davamlı sülh barədə danışıqlarda iştirak etməlidir".

Hərbi blokun Baş katibi Ukraynanın əldə etdiyi irəliləyişlər barədə də danışıb.

"Ukraynanın irəliləyişlərə nail olduğunu görmək ümidvericidir, lakin müharibələri proqnozlaşdırmaq, müharibənin nə zaman, necə bitəcəyini və bu əks-hücumun dəqiq nəticəsini proqnozlaşdırmaq mümkün deyil", - Stoltenberq əlavə edib.

O bildirib ki bu, təcavüzkar müharibə olduğu üçün NATO Ukraynanı dəstəkləyir: "Rusiya başqa bir ölkəni işğal edib, Avropada suveren bir ölkəyə qarşı yüz minlərlə əsgər və silahlar göndərərək beynəlxalq hüququ pozub. BMT Nizamnaməsi özünümüdafiə hüququnu əks etdirir, NATO-nun etdiyi isə Ukraynanın bu hüququnu müdafiə etməkdir və bu, NATO-nu münaqişədə tərəf etmir".