07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulun mərkəzində rusiyalı turist qətlə yetirilib

12.06.2023

Türkiyənin İstanbul şəhərində rusiyalı turist qətlə yetirilib.

"DM" Habertürk-ə istinadən xəbər verir ki, 40 yaşlı Rusiya vətəndaşı Vyaçeslav Neçiporçuk Taksim meydanı yaxınlığında mübahisə zamanı bıçaqlanaraq öldürülüb.

"Rusiyalı turist 4 nəfərlə mübahisə edib və bıçaqlanıb. Onu bıçaqlayan şəxslər hədə-qorxu ilə pul tələb ediblər”, - deyə məlumatda deyilir.

Vyaçeslav Neçiporçukun mobil telefonunu əlindən alan zaman müqavimət göstərdiyi və bu əsnada ürəyindən bıçaqlanaraq öldürüldüyü əlavə olunub.

İstanbul polisi cinayəti törətməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb. Daha 2 nəfərin axtarışı aparılır.